TV proqram
TV proqram

“Nənəm ölən gün qırmızı geyinmişdim”

“Nənəm ölən gün qırmızı geyinmişdim”

“Bir Allah şahiddir ki, bilmirdim. Ümumiyyətlə məni qırmızı kostyumda görmüsünüz? Mən bu rəngi sevmirəm, əsəbiləşirəm. O vaxt efirə çıxanda mağazadan geyim gəlirdi. Mənə al qırmızı kostyum gətirmişdilər”.

OLAY yazır ki, bu sözləri “Elgizlə izlə” verilişində aparıcı Elgiz Əkbər deyib.  O söyləyib ki, nənəsi vəfat edən gün bilmədən qırmızı rəng geyinib:

“Dedim ki, axı qırmızı geyinə bilmirəm. Dedilər ki, mağaza ilə çalışırsınızsa, geyinməlisiniz. Mən də məcbur geyindim. Sən demə, iki saat əvvəl nənəm rəhmətə gedib, qohum-əqrəba yığılıb. Yazıq arvad... Nəvəsi də qırmızı geyinib efirə çıxıb. Qonşular televiziyada görüblər ki, camaat nənəni ağlayır, bu da qırmızı geyinib oynayır. Deyiblər ki, necə abırsızdır, nənəsi ölən gün qırmızı geyinib efirə çıxıbsa, daha sözümüz yoxdur. Sonradan anam dedi”.