Müğənni Roza Zərgərli növbəti açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, ifaçı arıq olmadığına görə açıq geyinmədiyini deyib. Bu barədə o “Xəbər ətər” verilişində danışıb.
“Hormonlu, şaqqalı qadınam deyə, gözəl, çılpaq kimi görünürəm, amma bu belə deyil. Baxsan, məndən lüt gəzənlər var. Allah üzünüzə baxıb ki, arıq deyiləm, yoxsa lüt gəzərdim. Canlı, ətli-qanlı qadınam deyə lüt gəzə bilmirəm”, - deyə, o, bildirib.