Saytlardan sonra bu dəfə televiziya və radiolarda səslənən mətnlərdə qeydə alınan səhvlərlə bağlı monitorinqin nəticəsi təqdim ediləcək.
OLAY yazır ki, bununla bağlı Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, artıq efirdə qeydə alınan qüsurlara görə cərimələr tətbiq olunacaq.
Məqsəd dilin saflığının qorunmasıdır.