Əməkdar artist Könül Kərimovaya efirdə nəvəsi sürpriz edib.
OLAY yazır ki, “Rəngarəng səhər” verilişində qonaq olan sənətçinin qızı Ləmanın övladı Dəniz studiyaya gəlib.
O, nənəsinin 8 Martını təbrik edib. Bu zaman Kərimova kövrəlib və “O, mənim nəfəsimdir. Dənizimlə nəfəs alıram”, - deyə, qeyd edib.