Olay
Olay

Ruhi Əliyevanın sürprizi Dilarəni kövrəltdi

Ruhi Əliyevanın sürprizi Dilarəni kövrəltdi

“Liatris Holdinq”in rəhbəri Ruhiyyə Əliyeva Əməkdar artist Dilarə Əliyevaya efirdə ad günü sürprizi edib.

OLAY yazır ki, iş xanımı sənətçini təbrik etmək üçün “Söhbət var” verilişinin çəkilişinə yollanıb. 

R. Əliyeva Əməkdar artistə sahibi olduğu “Emerald Boutiqe”dən zinət əşyası bağışlayıb. İş xanımı həmçinin aktrisaya ürək sözlərini çatdırıb:

“Dünən Dilarə xanımın ad günü idi. Yəqin ki, veriliş bir neçə gün sonra yayımlanacaq. Özümə borc bildim ki, gec də olsa, Dilarə xanımı təbrik edim. Çünki o, mənim üçün çox dəyərlidir. Nəinki mən, xalqımız üçün çox dəyərlidir. Hər birimizin bacısıdır”. 

Sürpriz qarşısında çox təəccüblənən aktrisa hisslərini belə dilə gətirib:

“Demək istəyirəm ki, Ruhi xanımın qəlbinin gözəlliyi üzünə yansıyıb. Əməlləri, gördüyü işlər, xeyirxahlıq  adına atdığı addımlar bir azərbaycanlı kimi ürəyimi riqqətə gətirib. Varlığınız üçün təşəkkür edirəm. Sizin bu addımınız məni çox kövrəltdi. Açığı gözləmirdim”.

İş xanımı D. Əliyeva ilə yanaşı proqramda qonaq olan Əməkdar artist Lalə Məmmədovaya da “Emerald”dan zinət əşyası hədiyyə edib.