Müğənni Xatun Əliyeva növbəti açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, ifaçı müğənnilikdən başqa hansı işlə məşğul ola biləcəyindən danışıb. Sənətçi bu bardə “Mətbəxdə ağa” verilişində söz açıb.
“Bir dənə işim ola bilər ki, mollalıq edə bilərəm. Belə bir şey ola bilər. Restoran olsa, yemək bişirmək mənim üçün çox maraqlıdır. Yemək bişirməyi də yadırğamışam, çünki yeməyi sevirəm. Ona görə də, heç vaxt arıq olmamışam. İndi də lap çox arıqlayanda deyirəm, görəsən, məndə nə xəstəlik var. Lap çox arıq olmağı da sevmirəm”, - deyə, o, bildirib.