TV proqram
TV proqram

Elgiz Şəbnəmləri səhv saldı

Elgiz Şəbnəmləri səhv saldı

“Elgizlə izlə” verilişinin dünənki buraxılışı maraqlı anlarla yadda qalıb.

OLAY yazır ki, aparıcı Elgiz Əkbər proqramda qonaq olan Əməkdar artist Şəbnəm Tapdığı dəvət edərkən səhvən Şəbnəm Tovuzlu deyə təqdim edib.

Yanlış təqdimatdan sonra aparıcının “Öldürəcək, boğacaq məni” deməsi diqqət çəkib.

Qeyd edək ki, sənətçi Şəbnəm adının ilk daşıyıcısı olduğunu iddia edərək müğənnilər Şəbnəm Tovuzlu və Şəbnəm Qəhrəmanovanı məhkəməyə verib, onlara fərqli səhnə adları təklif edib.