Əməkdar artist Firuzə İbadova “Lalə” qızlar ansamblından danışıb.
OLAY yazır ki, ad gününü qeyd edən sənətçi “Elgizlə izlə” verilişində qonaq olarkən açıqlama verib. O, əvvəllər pambıq yığanlar üçün konsert verdiklərini söyləyib:
“Hamımız bir yerdə mikrofonsuz oxuyurduq. Onda mənim saçım uzun idi. Digərləri ilə eyni olsun deyə yatanda kəsmişdilər (gülür)”.