Müğənni İlkin Əhmədov növbəti açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, Əhmədov “Ay Zaur verilişində bayağı mahnı oxuyanlardan bəhs edərkən, bəzilərinin heç adam çağırmağa belə səsinin olmadığını deyib.
“Eşitmişəm mahnı var ki, “bazara gedəcəm, satacam eşqi” deyir. Belə şey olar? Mahnının aranjimanı da, özü də zəifdir, bayağıdır. Bəlkə də, ola bilər bizim ölkə səviyyəsindən aşağı səviyyədə olan ölkələrdə səslənsin, amma bizim ölkənin səviyyəsinə uyğun deyil. Bizim sənətimiz var, bizim Azərbaycanın incəsənəti qədər zəngin incəsənət yoxdur. Gəlsinlər təhsil alsınlar, mən onları oxutduraram. Həmin mahnıların əgər düzələsi yönü olsa, qəşəng təqdim edərəm. Tələbələr gəlir, baxıram ki, səsi heç adam çağırmağa uyğun səs deyil. Deyirəm ki, vallah bu sənlik deyil. Yanıma gələn xanımı yönləndirmişəm, indi tibb bacısı işləyir. Həmin səslə efirdə çıxıb oxuyanlar var. Gedib kompüterlə düzəldiblər, oxuyurlar. Bir vaxt var, sonra itib gedəcəklər. Həmin zaman kəsiyində sənətkarlara ziyan vururlar”, - deyə, İlkin bildirib.