Xalq artisti Flora Kərimova növbəti dəfə efirdə həmkarı Niyamməddin Musayevlə başına gələn hadisədən danışıb.
OLAY yazır ki, bu barədə o, “Rəngarəng səhər” verilişində açıqlama verib. Kərimova Musayevi yamsılayaraq onun həmin olaydan sonra danışdıqlarından söz açıb:
“O qədər zənglər gəldi ki, hamının dərdi o günə qalmışdı. Bir də gördüm ki, qızım yazıq-yazıq deyir ki, özündən xəbərin var? Dedim ki, nə qələt etmişəm? Rusca söylədi ki, bütün kişiləri öpmüsən. Artıq Niyamməddin müəllim yavaş-yavaş gəlir. Deyirəm, nə oldu sizə? Söyləyir ki, çox sağ olun, mənim tərəfimə danışdınız. O qədər şirin insandır ki, yarım saat onu tərifləmişəm, bir saf sözü yadında qalıb. Deyir, çox sağ olun ki, tərəfimə danışdınız, məni təriflədiniz”.