Müğənni Samira AliMaryam övladları ilə bağlı danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “10-da görüşək” proqramında açıqlama verib. O bildirib ki, gələcəkdə övladlarının yanlış seçim etmələrini istəmir:
“Həmişə yanımdadırlar, fikirli olanda ikisi də soruşur ki, nə olub, nə problem var. Dedim, sadəcə əyləşmişəm, bir az xəyallara dalıram. Amma narahat olurlar. Biz valideynik. Təbii öz övladlarımıza görə narahatlıq hissimiz var. Kim istəyər ki, onun övladı düzgün seçim etməsin. O, xoşbəxtdirsə, olsun. Onda mən də xoşbəxtəm”.