“Hamımız bir evdə yaşayırıq, oğlum, qızım da mənimlə qalır. Yatanda hərə öz otağına gedir”.
OLAY yazır ki, bu sözləri “Üzbəüz” proqramında qonaq olarkən Əməkdar artist Cavanşir Məmmədov deyib. O, ailəsindən söz açaraq bunları söyləyib:
“Mənim bacım-qardaşım olmayıb. Ona görə ev şəraitini elə qurmuşam ki, hamı yanımda olsun. Gəlinim iki həftədən bir oğluma deyir ki, Cavanşir əmidən soruş gör, olar atamgilə gedim? Bu qayda-qanundur. Bunu biz qurmuşuq. Düzdür, qızım, xanımım, gəlinim gəzməyə gedirlər. Amma insan öz valideyninin yanına gedəndə yüngülləşir, təzələnir.
Həyat yoldaşıma deyirəm ki, get qardaşıngilə, bir xəbər al, gör, necədilər. İnsan bir-birindən doymamalıdır. Hörmət də, nifrət də burdan əmələ gəlir. Bir-birini çox görəndə doyur, az görəndə isə darıxır. Bir dəfə oğlumla gəlinimdən soruşdum ki, siz heç dalaşmırsınız? Oğlum da təəccüblənib dedi ki, niyə dalaşaq? Yəni insan 7-8 il birlikdə yaşaya, amma heç səsləri çıxmaya...”