Müğənni Elnur Məmmədov mərhum həmkarı Aygün Bəylərin qızı Canandan danışıb.
OLAY yazır ki, bu barədə o, “İncə səhər” proqramında açıqlama verib. O, deyib ki, ötən gün A. Bəylərin evində olub:
“Dünən Aygüngildəydim. Cananı gətirdilər. Elə bil mələkdir. Hələ anasının cənazəsi gətirilməmişdi. Bacıları ağlayırdı. Dedim, xahiş edirəm, uşağın yanında ağlamayın. Niyə ağlayaq? O qız böyüyəndə anasının miras qoyduqları ilə qürur duyacaq. Aygün xanım elə bir insan olmayıb ki, övladı adı gələndə utansın”.