Aparıcı Günay Baxşəliyev növbəti açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, o, “Zaurla Günaydın” verilişində danışıb. Həyat yoldaşı Zaur Baxşəliyevlə münasibətlərindən söz açan Günay bunları söyləyib:
“İlk ailə qurduğumuz vaxtlarda sən qapıdan girən kimi deyirdim ki, filan şey belə oldu, kimsə mənə nəsə dedi, mən ona bunu dedim. Amma indi gözləyirəm ki, rahatlaşasan, qarnına 1 tikə yemək getsin. Onda sənin reaksiyan da yaxşı olur. Dünən də bir hadisə var idi, onu da gözlədim, sonra danışdım. Sən də normal qarşıladın, ac olanda elə qarşılamazdın”.