TV proqram
TV proqram

Oğlu ilə gəlini ayrı evə çıxıb

Oğlu ilə gəlini ayrı evə çıxıb

Əməkdar artist Gülüstan Əliyeva ailəsi olə bağlı açıqlamalar verib.

OLAY yazır ki, o, “Zaurla Günaydın” verilişində oğlu və gəlinindən danışıb. Əliyeva bildirib ki, oğlu ailəsi ilə birgə ayrı evə çıxıb:

“Oğlumla gəlinim uşaqlıqdan bir-birilərini tanıyırdılar. Tək uşaq olduğu üçün 23 yaşında evləndirdim. Bir yerdə böyümüşdülər. Həmişə yaxşı adam tapmaq olmur. Yaxşı insanlarla rastlaşmaq böyük uğurdur, tapanda da gərək qədrini biləsən. Şanslıyam ki, oğlum istədiyi xanımı seçdi. Bu gün iki qız övladı var. Bu ildən qərar aldıq ki, onlar müstəqil, öz əlləri öz başları olsun. Allaha şükür olsun. Gənclərin necə yaşamaları valideyndən asılıdır”.