Tanınmış ifaçı Rauf Əhmədov “Zaurla Günaydın” verilişində qonaq olarkən maraqlı açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, o, efir zamanı Xalq artist Aygün Kazımova ilə aralarında olan enerjidən danışıb:
“Aygün xanım elə tərəf müqabilidir ki, onunla çərçivəni keçməlisən. Ondan elə bir enerji gəlir ki... Tərəf müqabili bir-birini hiss etməlidir. Bizim bəzi kinolarda sevgili obrazlarına baxırsan ki, “o” deyil. Aktyor aktrisanı sevmir. Onlar heç öpüşmürlər də. Aralarında sevgi yoxdu. Aktyorluq da edə bilmirlər. Aygün xanım isə çox canlıdır”.