“Dostlarım, tanışlarım çox istəyirlər ki, məni xoşbəxt, yanımda övlad görmək istəyiblər. Deməli bu mənim qismətim deyil. Əminə Yusifqızı ilə telefonda danışırıq, ikinci kəlmədən sonra ağlayır. Həmişə deyir ki, nə olar, bu cür səsi özündən sonra dünyaya gələnə ötürəydin. Bu səs, bu oxumaq olmayacaq”.
OLAY yazır ki, bu sözləri müğənni Mətanət Əsədova “Günə son” verilişində deyib.
“Allahın qabaqcadan mənə verdiyinə qarşı çıxdım, o da məni cəzalandırdı. Ona görə də, gecə-gündüz vaxt olanda Allahdan əhv diləyirəm. Allah verdiyinin qarşısın aldım. Övlad var idi... Ondan sonra Allah məni cəzalandırır ki, get ağıllı ol. Mən sənə vaxtında bunu etdim. Bu gündən sonra demirəm ki, alınmır, indi mən istəmirəm” - deyə sənətçi vurğulayıb.