“Bilirsiniz niyə bəzi aparıcılardan niyə xoşum gəlmir? Heç olmazsa 51 il ərzində mən də bir neçə şikayət edim. Bir nəfər televiziyadan mənə zəng edib dedi ki, sizin haqqınızda veriliş hazırlamaq istəyirik. Hansı telekanal olduğunu soruşmadım. Çünki bütün telekanallara hörmətim var. Mənə qarşı münasibətləri hər zaman müsbət olub. Həmin aparıcının yaşını soruşdum. Dedim oğlum, sən hələ cavansan və veriliş hazırlamaq üçün gərək haqqımda çox şey biləsən. Mən gəlib səninlə nə danışacağam?"
OLAY yazır ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Günaydın Azərbaycan" verilişində deyib.
N.Qasımova ona ünvanlanan və sevmədiyi sualı da açıqlayıb: "Ay kişinin qızı, az qalır 100 yaşım olsun, sual verirlər ki, niyə ailə qurmadın? Ailə qurmaq vaxtıdır?”