Ötən gün müğənni Yaqut Nəriman həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib.
OLAY yazır ki, mərhumun qaynı Rasim "Günə son" proqramında qardaşı ilə bağlı iddiaları cavab verib.
O, qarşı tərəfin qardaşı barədə pis vərdişlərlə bağlı səsləndirdiyi fikirləri yalanlayıb: “O adam siqaretdən belə uzaqdır. Hadisənin necə baş verdiyini bilmirəm. Əvvəllər münasibətləri yaxşı idi. Amma son zamanlar yola getmirdilər. Qardaşım qısqanc adamdır. Müəyyən məclislərə, tədbirlərə getməyə icazə vermirdi. O da sözə baxmırdı. Məcburdular ki, qardaşımın narkotik istifadə etdiyini desinlər. Gedib öz səhvlərinə baxsınlar. Qardaşım hər zaman qəşəng qazanıb. Onları başa saldıq, amma anlamadılar".