TV proqram
TV proqram

Əməkdar artist: "Gəlinimi 16 yaşında gətirmişəm"

Əməkdar artist: "Gəlinimi 16 yaşında gətirmişəm"

“Mən gəlinimi 16 yaşında Lənkərandan gətirmişəm. Oğlumun 19 yaşı var idi. Özü sevdi və məni qapısına göndərdi. Gözəl ailələri, çox gözəl qudalarım var. Bizim onunla hələ də söz-söhbətimiz olmayıb. Arzu edirəm ki, bütün Azərbaycan Xalqına mənim gəlinim kimi gəlin qismət olsun”.

OLAY yazır ki, bu sözləri əməkdar artist Gövhər Rzayeva “Günə son” verilişində deyib. 

“Heç bir ana istəməz ki, övladı bədbəxt olsun. Böyükdən çox şey asılıdır. Böyük yola verməlidir. Kənardan müdaxilə oldusa, o həyat deyil” – deyə əməkdar artist vurğulayıb.