TV proqram
TV proqram

Dövlətdən ev istəyən müğənnilərə səsləndi: "Xalqın puluna kef etmisən"

Dövlətdən ev istəyən müğənnilərə səsləndi: "Xalqın puluna kef etmisən"

“Başa düşə, inana bilmirəm ki, bir müğənni 10,20,30 il bu sənətdə normal toya getsin, amma kirayədə yaşasın. Ola bilər ki, Allah uzaq eləsin, başına nə isə hadisə gəlsin”. 

OLAY yazır ki, bu sözləri müğənni Mənzurə Musayeva Tarix Əliyevin aparıcısı olduğu “Tarixin bir günü” verilişində söyləyib. 

Tarix.Əliyev isə ifaçının bu sözlərinə cavab olaraq bunları deyib: “Niyə bəzi xanım əməkdar artistlərimizin düşünürlər ki, yaşa dolublar, öz brilyantlarını vaxtında satıb yeyib-içiblər, indi pulları qurtarıb, deyirlər ki, dövlət bizə ev versin.  Axı sən dövlət üçün nə etmisən? Gedib toyda oxumusan, xalqın puluna kef etmisən vergi də ödəməmisən. Dövlətim müğənniyə ev verənə qədər, kasıba verər. Sən gedib toyda yarım saatını iki, üç minə oxuyursan. Ged ipoteka ilə ev al, yaşa. Şəhidlərimiz hansı evlərdən çıxıb... Sən isə bəzən, toya ged, sonra da de ki, orada paltarlarım, əşyalarım var və dövlətdən ev istəyirəm. Sən bu dövlət üçün nə etmisən? Bir söz də deyən kimi, əsgərlərə konsert verdiyini bildirir. Bu sənin borcundur”.