"Dostum anasının bir sözü var. Deyir imkanın olanda elə yaşamalısan ki, olmayanda hiss etməyəsən"
OLAY yazır ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Səhər mərkəzi" verilişində "Pulunuz artandan sonra həyatınızda nə dəyişdi?" sualını cavablayarkən deyib.
Sənətçi bildirib ki, düşüncəsində, həyat tərzində o qədər də dəyişiklik olmayıb.
"Mən o həyat tərzini seçmişəm ki, özümü olmamağa da hazırlamışam. Yatıb durdun insanlar səni tədbirlərinə çağırmadılar, konsertlərinə gəlmədilər, sevgi azaldı və bitdi. Hər şey pis ola bilər"- deyə meyxanaçı bildirib.