“Səs Azərbaycan” layihəsində qarşıdurma mərhələsi davam edir.
OLAY yazır ki, vokal müsabiqəsinin dünənki buraxılışında şounun ən yaxşı iştirakçısı Mirəhməd Kərimov və Fuad Nəbiyev yarışıb. Onlar əfsanəvi Joe Cockerin “My father”s son” mahnısını səsləndiriblər. Hər iki sənətçinin ifası münsif və zalda əyləşən tamaşaçılar tərəfindən bəyənilib.
Xalq artisti Brilliant Dadaşova komandasına daxil olan iki şəxs barədə seçim edib. O, layihəyə M. Kərimovla davam etmək istədiyini bildirib.
Dadaşova “Bütün günü Fuad gözümün qarşısında idi. Çünki o, məni ağladacaq qədər qəlbi kövrəkdi. Mən onu ax tanıyıram. Lakin elə gəlir ki, yüz ildir Fuadla tanışlığım var! Qəlbinə bələdəm. Fuad, söz ver ki, yarışmadan sonra səhnəyə gələcəksən. Mən onu öz konsertimdə səhnəyə çıxarmaq istəyirəm”, deyə vurğulayıb.