“Avtomobildən düşüb salona gedirdim. Bir kişi mənə dedi ki, “çox eybəcərsən”. Yaşlı adam idi”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Röya Ayxan “Elcanlı” verilişində bu günə qədər eşitdiyi ən qəribə komplimentdən söz açan zaman deyib.
“Sonra isə dedi ki, nəvələrimə oxşayırsan. Eybəcərdilər, amma şirindilər. Həyatımda eşitdiyim ən gözəl komplimet elə o olub. Mənə onsuz da uşaqlıqdan eybəcər deyirdilər. Nə olsun ki? Əsas insanın bəxti gözəl olsun” – deyə Xalq artisti bildirib.