“İki tərəfə də inanıb, konkret cavab bilmək üçün yadıma yalan detektoru düşdü”.
OLAY yazır ki, bu sözləri “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaş əməkdar artist Cavanşir Məmmədovla keçmiş kürəkəni Kemal Mustafa İbili arasındakı qalmaqalla bağlı danışarkən deyib.
“Mustafa, mənim yalan detektorum var. Ona oturanda sənin bütün səhvlərin üzə çıxır. Mən sənə orada kəskin suallar verəcəyəm. Sən o sualları cavablandıracaqsan və detektor mənə doğruları deyəcək”.
Əməkdar artistin kürəkəni isə yalan detektorunda oturmağa razılıq verib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.