TV proqram
TV proqram

Qalmaqal: Elzadan şeirini tənqid edən xanıma: “Beyninizlə düşünmürsünüz”

Qalmaqal: Elzadan şeirini tənqid edən xanıma: “Beyninizlə düşünmürsünüz”

“Təsir dairəsi” verilişində növbəti dəfə gərginlik yaşanıb.

OLAY yazır ki, bu dəfə  əməkdar artist, bəstəkar Elza Seyidcahan onun şeirlərini tənqid edənlərə səslənib.

Verilişin aparıcısı Lalə Azərtaş ““ağzını tikim” sözü niyə misraya düzülməlidir? Ağəzdan pis söz çıxmasınmı deyə? Mən sizin ruj dünyanızı anlaya bilmirəm. Bunu açıqlasanız, bəlkə mən də bilərəm” – deyə əməkdar artistə müraciət edib. 

Elza Seyidcahan isə şeirlərini heç vaxt açıqlamadığını, bunu oxucularının etdiyini deyib.

O bildirib ki, illər əvvəl şair müsabiqəsinə münsif olaraq dəvət aldığını açıqlayıb. Həmin müsabiqədə əməkdar incəsət xadimi Baba Vəziroğlunun, Xalq şairi Ramiz Rövşənin onun açıqlamalarını bəyəndiklərini bildirib. 

Əməkdar artist “Deşik-deşik dünyaya” şeiri haqda söz açdıqda isə efirdə gərginlik artıb. 

Verlişdə əyləşən qonaqlardan biri sözügedən şeiri anlamadığını deyib. Bu zaman isə Seyidcahan yazdıqlarının izahını verərək xanım qonağa “Nə edim ki, beyninizi düşündürmürsünüz” – deyə cavab verib.