Bir müddət əvvəl insult keçirən Xalq artisti Nisə Qasımova xəstəlikdən sonra ilk dəfə efirə çıxıb.
OLAY yazır ki, sənətçi “Gül kimi şou” proqramında qonaq olub. Özünü çox yaxşı hiss etdiyini söyləyən Qasımova mahnı da oxuyub:
“Özüm çox yaxşıyam. Bu gün tilsim açıldı, inşallah efirdə çox görünəcəyəm. Yeni mahnılarım var, yazdırmışam”.
Qeyd edək ki, sənətçi insult nəticəsində danışma qabiliyyətini itirdiyini demişdi.