“İstirahətə vaxt tapıram, enerji toplamaq istəyirəm. Hansısa ölkəyə gedəcəm. Bir dəfə Röyagildə (Röya Ayxan – red) dedim ki, İstanbul-Paris-İtaliya səfərimiz olacaq. Gedən kimi İstanbulda xəstələndim, qayıdan kimi 10 gün evdə qaldım, müalicə aldım. Bu səbəbdən əvvəlcədən demək istəmirəm”.
OLAY yazır ki, bu sözləri müğənni Zamiq Hüseynov “MTV Xəbər”ə açıqlamasında bildirib. Zamiq üç günlük konsertə hazırlaşdığını, əvvəl isə istirahətlə bağlı planlarından danışıb.
“Oğlum sözə qulaq asmır, amma onsuz tətilin mənası yoxdur. Oğlumla daha çox istirahət edirəm, amma əziyyətlidir. Hər istədiyini etməliyik. Yeni mahnılarımı əzbər bilir. Musiqi duyumu gözəldir. Amma mənim davamçım olmasın. Kənardan asan görünsə də, sənətimiz çətindir. Mənim əziyyəti çəkməsin. Çox istərdim ki, futbolçu olsun”, -deyə Zamiq bildirib.