“Birinci övladımın qarşısında günahım var. Ona sevgi verə bilməmişəm”.
OLAY yazır ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişində deyib.
“Yalnız işləmək, bir tikə çörək tapmaq, oxutmaq, məktəbə göndərdim... İkincilərdə isə görürəm vaxtım yoxdur, maşına qoyuram, yol gedəndə yarım saat onunla danışıram. Beş dəqiqə vaxtım varsa, uşağıma sərf edirəm. Dostum, tanışım, qohum-əqrəbam, heç kəs inciməsin. Yasa, toya atam gedir”, - deyə, o, bildirib.
Qeyd edək ki, X.Hidayətqızının birinci evliliyindən bir oğlu, müğənni Doğuşla evliliyindən isə əkizləri Arda və Arın dünyaya gəlib.