Müğənni Aysun İsmayılova və Sevil- Sevinc Səfərova arasında soyuq küləklər əsməyə başlayıb.
OLAY yazır ki, üç tanınmış simanın küsülü olduğu açıqlanıb. Bu barədə “Səhər Mərkəzi” proqramında müzakirə aparılıb. Aysun deyib ki, əkizlərlə danışmır və bunun səbəbini bilmir:
“Bir zamanlar həddən artıq yaxın idik, amma hazırda bir-birimizə “salam” belə vermirik. Səbəbini də bilmirəm. Düşünürəm ki, “salam” qarşılıqlı olmalıdır. Bir ay əvvəl Moskvada toyda bir yerdə idik. Salam verməyənə mən də salam vermərəm. Sayanın quluyam, saymayanın ağası.
Üzlərinə baxırsan, göz süzdürürlər. Arada incikliklər var. Mən tərəfdən deyil. Onlar nə ediblərsə, özləri özlərinə ediblər”.