Müğənni Zeynəb Həsəni ailə qurmamağının səbəbini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Zaurla Günaydın”a qonaq olarkən danışıb.
“Fərasətsizəm ki, ərə getməmişəm. Amma ərə getmək xatirinə istəmirəm. Yaşım az olanda iki dəfə qismətimdə oldu, alınmadı, evlənmədim. Ondan sonra bəxtim bağlanıb. İndi açıq deyim, məsuliyyətdən qorxuram. Düşünürəm ki, evlənəndə işləməyəcəm, yad oğlu atama, bacıma baxmayacaq. Mənə gələn deyir ki, sənətini at, evdə otur”, - deyə Zeynəb bildirib.