“Təsir dairəsi” verilişində yenidən gərgin anlar yaşanıb.
OLAY yazır ki, proqrama probleminin həll olunması üçün müraciət edən Zəminə adlı xanımla ekspert Anar Vəziroğlunun arasında mübahisə yaranıb.
Bu zaman Zəminə masanın üzərindəki su şüşəsini ona tərəf tullayıb. Anar isə butulkanı yerdən götürərək qadının üzərinə doğru gəlib. Tərəfləri mühafizəçi ayırıb.
Qeyd edək ki, analoji hal bir neçə ay öncə də yaşanmışdı. Eyni proqramda Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva bir-birinə su atmışdılar.