Aparıcı İlhamə Bədəlova müğənnilərin plastik əməliyyatlarını müzakirə edib.
OLAY yazır ki, “El canlı” proqramında qonaq olan TV ulduzu ona təqdim olunan şou-biznes üzvləri barədə fikirlərini söyləyib.
O, Günay İbrahimlinin üzünə kosmetoloji prosedurlar etdiyini vurğulayıb. İlhamə daha sonra Nadir Qafarzadəni müzakirə edib: “Nadirin də burnu əməliyyatdır, dodaqlarına da müdaxilə olunub”.
Bədəlova daha sonra Xalq artisti Aygün Kazımova haqda bunları deyib: “Aygün Kazımovada əməliyyatlar çoxdur. Ona çox yaraşır”.