Müğənni Elnarə Xəlilova Xalq artisti Röya Ayxanı doğum günü münasibətilə təbrik edib.
OLAY yazır ki, o, bir zamanlar eyni qrupda yer aldığı həmkarının “Bilərsənmi” mahnısını maşında oxuyaraq video çəkib və instaqramda paylaşıb.
“Bu videonu bir neçə gün bundan öncə çəkmişdim. Tam təbii və tam sərbəst. Rəhmətlik Nailə Mirməmmədli bəstəsi. Röyanın repertuarında ən çox sevdiyim mahnılardan biri. Tam səmimi də ifa etdim. Çünki sevirəm bu mahnını. Bu gün günlərdən sənin günündür, Röya, səni səmimi qəlbdən şəxsən ürəkdən təbrik edirəm. Sənə həyatın bütün gözəlliklərini arzu edirəm! Hər zaman belə səmimi və mərd qal. Səni həmişə sevmişəm. İndi də sevirəm! Sənin Elnarən…”, - deyə, o, şərh bölümündə yazıb.
O, daha sonra Röya Ayxanın “14/41” albom təqdimatında özünün Elşad Xose ilə duetinin səsləndirilməsinə belə münasibət bildirib:
“Sosial şəbəkədə gördüm. Deməli, hər ikimiz eyni vaxtda bir-birimizi yada salmışıq”.
Qeyd edək ki, hər iki sənətçi Xalq artisti Vaqif Gərayzadənin yaratdığı “W-trio” qrupunun solisti olublar.