Müğənni Kərim Abasov həbs olunan keçmiş xanımı, prodüser Təranə Səmədova haqqında açıqlama verib.
OLAY yazır ki, ifaçı bu barədə “Səhərin səsi” proqramında qonaq olarkən danışıb. O, Səmədovanın həbsxanaya düşməzdən əvvəl ona zəng etdiyini bildirib:
“Mənə ilişənlər ya tutulur, ya da ölüb gedir. Mənə zəng etdi, səsini eşidib dəstəyi yerə qoydum. Yenidən zəng etdi, dedi bir dəqiqə gözlə, sözüm var. O danışanda bütün keçmiş gözümün qabağından keçdi. Söylədi ki, balalarım acından ölür.
Bu sözündən sonra ona pul göndərdim. Özü ilə bağlı pul istəsəydi, etməzdim. Edir atalar, analar, çəkir balalar. Balaları neyləsin ki, anası naxələfdir. Bala istəməzdi ki, anası həbsdə olsun. Ananın bir ağılsızlığından… Allah qapısını açsın. Öz həyat tərzini düzəltsin. Pisliklərindən əl çəksin”.