Əməkdar artist Nahidə Orucova qızı ilə bağlı açıqlamalar verib.
OLAY yazır ki, sənətçi “El canlı” verilişində barəsində axtarılan xəbərlərə aydınlıq gətirib. Aktrisa “Nahidə Orucova niyə qızından ayrı qalır” sualı ilə bağlı bu sözləri deyib:
“Ərə vermişəm, ayrı qalır da. Hamı bilir ki, mənim qudalarım kimdir. Övladım bizim korifey sənətkarlarımız, opera sənətinin baniləri Xuraman və Fidan Qasımovaların gəlinidir. Qızımı da toy edib köçürdüm”.