Dünən axşam təşkil edilən “PowerTürk” Musiqi Mükafatları öncəsi gərgin anlar yaşanıb.
OLAY yazır ki, müğənni Zerrin Özer tədbirdən əvvəl ondan müsahibə alan jurnalistlərin komediyaçı Cem Yılmaza görə söhbəti yarıda kəsdiklərini iddia edib. Müsahibəsinin aktyorun gəlişi ilə kəsildiyini bildirən Özer jurnalistləri şikayət edib.
“Mən bir şey demək istəyirəm. Gəlirsən deyə müsahibəni yarımçıq qoyub getdilər. Hörmətli olun, ağıllı olun!” deyə qışqırıb.
Baş verənlərdən xəbərsiz olan Cem Yılmaz həmin anlarda yaşadıqlarına təəccüblənib.