Çiçək ləqəbli aparıcı Şəhla Vakkas ən yadda qalan sevgi etirafından danışıb:.
OLAY yazır ki, sənətçi bu barədə “Fəlidən doğru xəbər”də söz açıb:
“Aylarla bir nəfər mənə hər gün 101 gül göndərirdi. 101 gülün yanında da oyuncağı olurdu. Evə aparmırdım, işdə qoyurdum. Həmin şəxsi üzdən də tanımırdım. Bir gün xəbər göndərdi ki, məni görmək istəyir. Məndə dedim ki, heç kəs məni görə bilməz. Məndə həmin vaxtlar özümə bir stil seçmişdim ki, üzdən heç kəs məni görə bilməz. Hamı deyirdi ki, bir bu qızın üzünü görərdik”.
Daha sonra onu təəccübləndirməyin çətin olduğunu da vurğulayıb:
“Məni təəccübləndirmək asan bir iş deyil. Çünki mənə şeirlər, mahnılar yazılıb. Ona görə məni təəccübləndirmək çox çətindir. Məni yalnız çox gözəl musiqi təəccübləndirə bilər”.
Samirə Sərkər