TV proqram
TV proqram

Evliliklərindəki problemlərdən danışdılar

Evliliklərindəki problemlərdən danışdılar

Uzun müddətdir evliliklərində problemlərlə gündəm olan Murad İsmayıl və Ülviyyə Xəlilbəyli efirə çıxıb.

OLAY yazır ki, cütlük “Zaurla Günaydın” verilişində qonaq olub. 

Onlar birlikdə aralarındakı problemlərdən danışıblar. Aparıcı Zaur Baxşəliyevin “Həyatdakı Muradı, yoxsa səhnədəki Muradı çox sevirsən” sualına Murad “Həyatdakını sevir ki? Ülviyyədən səsimə qarşı sevgi görməmişəm”, - deyə, cavab verib.

Ülviyyə isə “Səsini bəyənirəm. Sadəcə çox zil oxuyanda, deyirəm bu qədər zilə çıxma. Səhnədəkini sevirəm. Çünki həyatda çox çətin adamdır. Açıqlama etmək istəmirəm, özü çətin xüsusiyyətlərini desin” sözlərini söyləyib.

Bundan sonra Murad “Mən dürüst adamam. Dediyim sözə əməl olunmayanda xasiyyətimi göstərirəm, Ülviyyə əsəbiləşəndə 3-4 il əvvəl olan söhbətlər də yadına düşür. Mən isə tez əsəbiləşib tez də unuduram. Lakin dediyim söz edilməyəndə özümə qarşı hörmətsizlik kimi qəbul edirəm. Bizim mübahisələrimizə səbəbi xarakterimi dəyişməməyimdən irəli gəlir. Mən həmişə belə olmuşam. Ülviyyə bu sənətə gələndə bilib ki, necəyəm, tələbim, istəyim nədir. Ona uyğun hərəkət etməyəndə söz-söhbət olur. O, isə məni dəyişmək istəyir. Mən dəyişmirəm. Özümü çətin adam saymıram. Çünki kollektivdə çalışıram. Sadəcə xarakterim var. Xaraktersiz adamalardan zəhləm gedir. Xoşuna gəlməyən nəyisə hiss etdirməmək düzgün deyil”, - deyə, bildirib.

Xəlilbəyli isə “Mən də xarakterli insanam. O, niyə məni dəyişməyə çalışır? Özü dəyişməsin, məni dəyişir. Bu necə olur? Bəzi yerlərdə susub ailəmin xətrinə dəyişmişəmsə, içdən etməmişəm. Haradasa özümü büruzə vermişəm” deyərək cavab verib.