Müğənni Elnarə Xəlilova sosial şəbəkələrin köməyi ilə parıldayan ifaçılardan danışıb.
OLAY yazır ki, bu barədə o, “MTV xəbər”ə danışıb. Sənətçi onların fəaliyyətini sərt bir şəkildə tənqid edib:
“Peşəkaram, bu sənətin daşıyıcısıyam. Təsəvvür edin ki, anidən peykimizə nəsə oldu və internetsiz qaldıq. Onlar bir həftəyə unudulacaq. Çünki sənət yoxdur. Ancaq söhbət, xarici görünüş, zarafatları var. Biz amma indi də varıq, sosial şəbəkələr olmasa da qalacağıq”.