Tanınmış aparıcı Elgiz Əkbər toylarda aparıcılıq etmədiyini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, aparıcısı olduğu “Elgizlə izlə” verilişində danışıb. Bildirib ki, məclis idarə edən şəxslər səbrli və normal əsəb sisteminə malik olmalıdır:
“Mən toya getmirəm, mənlik deyil. Ona görə yox ki, mən toya gedən aparıcılara pis baxıram, pis münasibət bəsləyirəm. Xeyr. İnsanlar bir parça çörəki qazanmalıdır. Sadəcə mən belə hesab edirəm ki, toy aparıcısı son dərəcə səbrli və təmkinli olmalıdır. Təzyiqlə bağlı əziyyət çəkməməlidir. Bir də görürsən ki, balaca nə isə oldusa, əsəbləşirəm. O dəqiqə təzyiqim qalxır”- deyə o bildirib.
Samirə Sərkər