Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev dələduzluğa məruz qalmasından danışıb.
OLAY yazır ki, bu barədə o, aparıcısı olduğu “Bizimləsən” proqramında danışıb. Aparıcı fırıldaqçılıq edən şəxsin növbəti dəfə fotosunu və onun telefon nömrəsini canlı efirdə izləyiciləırə təqdim edib.
“Bir insan var ki, biz artıq onun əlində təngə gəlmişik. Təsəvvür edin, bu insan firma, həkim, müəllim bilmir, kim gəldi… Hamıya qarşı, mənim bütün həkimlərimə, müəssisələrə, klinikalarla mənim adımdan istifadə edir. Dəfələrlə biz polisə müraciət etmişik. Adam bölməyə, bir az danışdırırlar, sonra yola salırlar. Yenidən insanlara zəng edir, onlardan pul tələb edir. Baxın, bizim şəklimizi də qoyub profilinə və bu nömrənidə qoyub ekranına… Hamıya deyir ki, mən Zaur bəyin köməkçisiyəm. Mənə pul verin, Zaur bəyin instaqram səhifəsində sizi reklam eliyəcəm.
Buradan oğlanın anasına bunu söyləmək istəyirəm, bir dəfə oğlunuzun şəklini göstərdim, sən qızını qaça-qaça bura göndərdin ki, şəkli oradan götürsün, biz oğlumuzu tənbeh edəcəyik. Budur sənin tənbehin! Yetər! Bezdik. Bizə gündə yüz yerdən zəng gəlir ki, Zaur bəyin köməkçisidir bu? Bizdən pul istəyir ki, sizi Zaur bəyin efirində reklam edəcəm.Yığışdırın oğlunuzu. Mən polisə iki ay qabaq rəsmi ərizə ilə müraciət etmişəm. Adam səhərdan axşama kimi hamıya zəng vurur, fırıldaqçılıqla məşğuldur. Zəhmət olmasa ölçü götürülsün” – deyə TV ulduzu bildirib.
Samirə Sərkər