“Düşünürəm ki, Daxili İşlər Nazirliyi dırnaq arası gözəllik yarışlarını təşkil edənlərin arxivini yoxlamalıdır. Bunlar nə məzhəbə qulluq edirlər? Çünki mən bilirəm “Miss Azərbaycan” adı o qədər cılızlaşıb ki...
OLAY yazır ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Ümid ilə gəl” verilişində deyib. O, bəzi təşkilatçıların saxta yolla insanlara adlar verdiyini iddia edib:
““Miss Azərbaycan” Azərbaycan qadınlarının gənclər arasında bir siması olur. Bədən parametrləri modelliyə uyğun olur. Yəni bunlara sahib insan Azərbaycanı təmsil edəcək. Özünü təmsil etməkdən savayı, başqa insanların yanında təmsil edir. Hər bir cəhətdən. Adının qarşısına yazırlar ki, bu adam “Miss Azərbaycan”dır. Dünyada gözəl qızlar görürük. Ölkəmizdəkilərin isə 1 metr 60 santimetr boyu var, dodaqlar, bədəni bütün silikondan ibarət, “day-day”ı var deyə, bir az həmin təşkilata pul verir və “Azərbaycan gözəli” olur.
Siz kimsiniz? Kim bu səlahiyyəti sizə verib? 44 günlük müharibədən sonra təşkilatçılar başladılar müharibədəki əməklərinə görə bəzi tüfeyli həyat sürən, pozğunluq edən, gecə həyatı yaşayan qadınlara mükafat verdilər. Siz heç utandınız? Siz şərəf və ləyaqətinizi pula satdınız? Siz kimsiniz bu ölkədə ki, gedib yalandan diplom, ştamp düzəldib, hansısa oteli bir günlük kirayəyə götürüb yalandan camaata mükafatlar verirsiniz? Siz kimsiniz ki bunları edirsiniz?”.