Müğənni Rəqsanə İsmayılova pandemiya dönəmində etdiyi köməklik barədə söz açıb.
OLAY yazır ki, müğənni “Elgizlə izlə” verilişində oğul övladının dünyaya gəlməsini bu hadisəyə bağlayıb:
“Gecə yuxumda gördüm ki, qucağımda ağ paltarlı bir uşaq Moskvada su paylayıram. O günü unutmaram. Durdum köməkçimi çağırdım, dedim ki, sabah yardım paylayacağam. Yoldaşım krediti mənə etibar etmişdi ki, banka ödəyim. Kreditin pulunu götürüb marketə getdim. 300 nəfərə ərzaq aldım. İnstaqramda yazdım ki, 300 nəfərə yaxın adama yardım paylayacağam. Səhər restoranımızın qarşısına gələndə gördüm ki, min nəfərdən çox insan var. Sonra iş adamlarını da bu prosesə qoşdum. Ümumilikdə 20 mindən çox insana yardım payladıq. Mayda isə öyrəndim ki, oğul anası olacağam”.
Qeyd edək ki, Fazil adlıiş adamı ilə evli olan sənətçinin 4 övladı var.