Məşhur aparıcı Azər Zahidin məhkəməyə verilməsi barədə xəbər yayılıb.
OLAY yazır ki, bu barədə iddianı “ölkə.az” saytı yayıb. Portal qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi aparıcı ilə bağlı məhkəməyə müraciət edib.
Hakim Leyla Əliyevanın sədrliyi ilə bağ tutacaq məhkəmə işinin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.
Vergi borcunun isə A.İsmayılovun “TikTok”da təqdim etdiyi “Təkərdə” şousundan əldə etdiyi 130 min dollar gəlir ilə bağlı yarandığı deyilir.
OLAY mövzu barədə A. Zahidlə əlaqə saxlayıb.
“Mənim heç nədən xəbərim yoxdur. Hər hansı yanlış informasiya yazan saytlar məhkəməyə veriləcək. Təşəkkür edirik”, -deyə aparıcı bildirib.