Aşıq Əli Tapdıqoğlu yenidən çəki alması barədə danışıb.
OLAY yazır ki, bu barədə o, “Səhər Mərkəzi” proqramında qonaq olarkən deyib. Sənətçi bildirib ki, hazırda kiloludur və arıqlamaq üçün əməliyyat etdirməyəcək:
“60 kilo çəkiyə düşmək üçün əməliyyat etdirməliyəm. Əməliyyat etdirməyəcəm. Bədənə niyə bıçaq dəyməlidir? Mən belə fikirləşirəm. Çox adam elə bilirdi ki, əməliyyat edib arıqlamışam. Allahımı şahid gətirirəm ki, belə şey yoxdur. Pul verib kökəlirəm, pul verib niyə arıqlayım? Pul xərcləyib qidalanıram, gəzirəm, halal təamlardan yeyirəm. Sonra da 10 min verirsən ki, gəl, məni arıqlat. Təbliğ etmirəm ki, kökəlin. Yaşım keçir, bir az diqqət etmək lazımdır”.