Reper Ramil Nabran həyatı ilə bağlı bəzi faktları açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Söz baz” verilişində qonaq olarkən danışıb. Ramil deyib ki, uşaqlıq illəri çox çətin keçib:
“Atam mən 10 aylıq olanda rəhmətə gedib. 34 yaşı var idi, meyxanaçı idi. Məhəllə arasında meyxana deyərdi. Onun şeiriyyatı mənə keçib, rep oxuyurab. O, dünyasını dəyişəndə 1978-ci il idi. Bir il sorna Əhmədlidə bizə ev verildi.
Bibilərimin razılığı ilə anam ikinci dəfə ailə qurdu. Onda 3 yaşım var idi. Lakin 13 yaşımda da atalığım rəhmətə getdi. Mən atadan yarımadım. Anam atam oldu. Bir də yaşadıqlarım, məhəllələrdə baş verən hadisələr, düzgün hərəkət etməyəndə tənbehlənməyim, döyülməyim, döyməyim atalıq etdi. İki qardaşım bir bacım atalığımdan dünyaya gəlib. Onlar yavaş-yavaş böyüyürdülər. Anam ayaqqabı fabrikində işləyib, bizi yoxsulluqla böyüdürdü. Anama təkliflər edirdilər ki, çətinliyin var, övladlarını uşaq evinə qoy. Amma o, bunu etmədi”.