TV proqram
TV proqram

Fidan getdi, Suna gəldi...

Fidan getdi, Suna gəldi...

“Maşın” realiti şousunun qalibi, “foodbloger” Suna Kasımoğlunun verilişinin yayım tarixi bəlli olub. “Suna ilə yeməyə dəyər” 8 maydan etibarən 11:45-də Xəzər TV-də yayımlanacaq. Maraqlı məqam isə Sunanın verilişinin başlaması ilə eyni formatda olan başqa bir layihənin bitməsidir.

OLAY-ın əldə etdiyi məlumata görə, uzun müddətdir ekranlarda olan “Bir gün sizdə, bir gün bizdə” verilişi artıq efirə getməyəcək. Onun yerinə isə “Mətbəxin ağası” proqramı yayımlanacaq.

Öncələr 11:45-də başlayan “Mətbəxin ağası” artıq 13:55-də ekrana gələcək.

Qeyd edək ki, “Bir gün sizdə, bir gün bizdə” verilişinin aparıcısı aktrisa Fidan Axundova idi.