Rusiyada yayımlanan Muz TV-nin üç aylıq fəaliyyəti dayandırılacaq.
OLAY yazır ki, azyaşlılar arasında homoseksuallığı təbliğ etdiyi üçün kanala protokol tərtib edilib.
Məhkəmə prosesi noyabrın 17-də baş tutacaq. Televiziyanın 1 milyon rubla qədər cərimə olunacağı qeyd edilir.
Qeyd edək ki, bu ilin iyununda Muz TV musiqi mükafatları tədbiri keçirib. Rusiyanın Xalq artisti Filipp Kirkorov qırmızı xalçaya yeni evlənən cütlük obrazında həmcinsi ilə daxil olub.