Aparıcı Elgiz Əkbərin növbəti açıqlaması gülüş doğurub.
OLAY yazır ki, o, öz verilişində maraqlı çıxış edib. Elgiz deyib ki, ona kimsə bir sirrini söyləyəndə xəbərdarlıq etməsə, həmin məsələni başqasına danışa bilir:
“Mənə mütləq tapşırmaq lazımdır ki, kiməsə demə. Söyləyirsən, Elgiz, sənə söz deyəcəm, amma kiməsə söyləmə. Əlimi ürəyimin üstünə qoyuram, söz verirəm, qəbir evinə qədər həmin sirri saxlayaram. Allah göstərməsin ki, xəbərdarlıq etməsinlər. Onda afişa edirəm. Ona cavabdeh deyiləm. Mənə söz deyəndə tapşırmaq lazımdır ki, kimsə bilməsin”.